Oğurluq edən keçmiş məhkum saxlanıldı
    • 8-07-2021, 10:16
    • 422

Oğurluq edən keçmiş məhkum saxlanıldı

Oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, Lənkəran rayonunun Xanbulan kəndi ərazisində yerləşən evlərdən birinin həyətində təmir sexi kimi istifadə edilən tikilidən ümumi dəyəri 1300 manat olan 3 ədəd su nasosunun, digər məişət avadanlıqlarının və onların ehtiyyat hisssələrinin oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun rayonun Boladi kənd sakini, əvvəllər məhkum olunmuş F.İsgəndərov olduğu müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.