-
- 7-11-2018, 17:23
- 816
Çində biabırçılıq: Müdir işçilərini kəmərlə döyüb böcək yedizdirdi – Video
Çinin Quijhou şəhərində biabırçı hadisə baş verib.
Şirkət sahiblərindən biri satış hədəfini əldə edə bilməyən işçilərinə sidik içizdirib sonra isə böcək yedizdirib. Bu səbəbdən üç şirkətin rəhbəri haqqında məhkəmə 10 günlük həbs cəzası təyin edib.
Çəkilən görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra şirkət rəhbərləri saxlanılıb. Görüntülərdə müdir işçilərini döyür, idrar içizdirir. Sonra isə bir kişi işçini digərlərinin qarşısında kəmərlə döyür. İşçilər də burunlarını tutaraq plastik stəkandan sarı rəngli maye içirlər.
Bir dekorasiya şirkətinin də işçilərinə tualet suyu içirtdiyi, saçlarını qırxdırdığı da məlum olub. Bundan başqa şirkət rəhbərləri “Böcək yemək məcburiyyətində qalacaqsınız” tipli mesajlar göndərildiyi də iddia edilib.
Işçilər isə iki aydır maaş almadıqları üçün cəzalara boyun əyiblər və səslərini çıxarmayıblar.
//Ölkə.az