-
- 9-07-2021, 10:30
- 1 052
"Paşinyan Moskvadan sonra Fransaya qaçacaq, Makron onun badə dostudur" - ŞƏRH
“Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq. Fransa prezidenti Emmanuel Makron erməni dostunu Parisə dəvət edəcək”.
Bunu politoloq Elxan Şahinoğlu News24.az-a Nikol Paşinyanın Moskvaya dünənki səfərini şərh edərkən deyib.
Politoloq bildirdi ki, Paşinyan Putinlə görüşlərlə müqayisədə Makronla özünü rahat hiss edir, ancaq Ermənistan üçün məsələ tamamən başqadır:
“Elə Paşinyanın özü də Rusiya prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir. Putin içki həvəskarı deyil, Makron isə Paşinyanın badə dostudur. Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır, Makron sadəcə quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır”.
E.Şahinoğlu sonda Ermənistanda keçirilən son rəy sorğularını da misal çəkib və Fransanın nüfuzunun Rusiyanı üstələdiyini bildirib:
“Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür, Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər, çünkü pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.
Siyasət şöbəsi