-
- 7-11-2018, 17:52
- 746
Prokuror Suriyada döyüşdüyünə görə tutulan şəxslərə üst-üstə 34 il cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında E.Quliyevin 14 il, digər şəxslərin isə hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 14-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.
//Report