Şirvanda mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var - SİYAHI
    • 9-07-2021, 18:48
    • 582

Şirvanda mikroavtobus qəzaya uğradı - Xəsarət alanlar var - SİYAHI

Şirvanda yol qəzasında 6 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Şıxəli Qurbanov küçəsində 10 saylı marşrut üzrə işləyən sərnişin mikroavtobusu “Mitsubishi” markalı avtomobillə toqquşub. Bundan sonra hər iki avtomobil yolun kənarındakı hasara çırpılıb.

Qəza nəticəsində Şirvan şəhər sakinləri, 1961-ci il təvəllüdlü Hacıyeva Şahnisə Qəhrəman qızı, 1958-ci il təvəllüdlü Şəbiyev Səxavət Zaman oğlu, 1971-ci il təvəllüdlü Şəfiyev Zaur Əliqulu oğlu, 1955-ci il təvəllüdlü İsmayılova Rahilə Məhəmməd qızı, 1975-ci il təvəllüdlü Mehdiyeva Müşfiqə Xudayar qızı və 1979-cu il təvəllüdlü Əliyev Vasif Sədaqət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırııb.

Faktla bağlı araşdırma aparılır. /Report.az/