Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı
    • 10-07-2021, 13:28
    • 592

Vətən müharibəsində itkin düşən kapitanın nəşi tapıldı

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

News24.az xəbər verir ki, 9 ay əvvəl itkin düşən kapitan Pənahov Əkbər Bəylər oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və itkin düşüb.

Allah rəhmət eləsin! /Report.az/