İtkin düşən daha bir zabitimizin şəhid xəbəri gəldi - Foto
    • 22-01-2021, 13:31
    • 515

İtkin düşən daha bir zabitimizin şəhid xəbəri gəldi - Foto

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhidlik zirvəsinə ucaldığı məlum olub.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, leytenant Şükürlü Elvin Azad oğlunun nəşi tapılıb.

Şəhid zabitlə bu gün doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndində vida mərasimi keçiriləcək. Daha sonra onun nəşi ailəsinin yaşadığı Bakı şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günündə Kəlbəcər istiqamətində itkin düşmüşdü.