-
- 10-07-2021, 14:47
- 946
Ramin Hacılı həbs edildi - Rəsmi
Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub.
Bu barədə News24.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, R.Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
O, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.
****
Aktivist Ramin Hacılı həbs edilib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R. Hacılı Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında saxlanılıb. O, dələduzluq maddəsinin bir neçə bəndi ilə ittiham edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, Ramin Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Hacılı 2018-ci ildə sərhədi qanunsuz keçərək Gürcüstana getmək istəyərkən həbs edilmişdi, 2019-cu ildə isə azadlığa buraxılmışdı.