Gürcüstan parlamentində deputatlar əlbəyaxa davaya çıxdılar - VİDEO
    • 12-07-2021, 13:38
    • 549

Gürcüstan parlamentində deputatlar əlbəyaxa davaya çıxdılar - VİDEO

Gürcüstan parlamentində müxalifət partiyalarının deputatları ilə hakimiyyət təmsilçiləri arasında dava düşüb.

News24.az xəbər verir ki, Gürcüstanın müxalif televiziya şirkətlərinin nümayəndələri və müxalifət üzvləri zorla qanunverici orqanın iclas otağına daxil olublar.

Müxalifət millət vəkilləri binanın yaxınlığında toplanan və Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edən bütün Gürcüstan jurnalistlərinin parlamentə buraxılmasını tələb ediblər.