-
- 12-12-2019, 15:06
- 729
Gürcüstan parlamentində insident - deputatların halı pisləşdi - YENİLƏNDİ
Gürcüstan parlamentində baş verən insidentdən sonra dörd nəfərin səhhətində problem yaranıb.
Onların ikisi deputat, digər ikisi isə parlamentin əməkdaşıdır.
Tənəffüs almalarında çətinlik yaranan şəxslər xüsusi maska ilə təmin olunublar. Halı pisləşən əməkdaşlardan biri xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib.
İnsidentə görə məsuliyyəti "Utanc" hərəkatı öz üzərinə götürüb. Hərəkat fəalları yaydıqları məlumatda qeyd ediblər ki, "mövcud sistem iylənir".
*** 14:13
Gürcüstan parlamentinin iclas zalında insident baş verib.
İki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.
Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.
İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar./report/