-
- 13-07-2021, 11:13
- 517
Azərbaycan XİN İraqa başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi İraqda xəstəxanada baş vermiş yanğınla əlaqədar bu ölkəyə başsağlığı verib.
News24.az bu barədə XİN-in tviter səhifəsinə istinadən xəbər verir.
“İraqın Nəsiriyə şəhərində Əl-Hüseyin xəstəxanasında baş verən yanğın bizi dərindən kədərləndirdi. Yanğında həlak olanların ailələrinə və İraq xalqına öz başsağlımızı çatdırırıq. Bu çətin günlərdə İraq dövləti və xalqının yanındayıq”, - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, İraqın cənubunda Zikar vilayətində yerləşən İmam Hüseyn Tədqiqat Xəstəxanasında yanğın olub. Son məlumatlara görə, yanğın nəticəsində həlak olanların sayı 54-ə çatıb.