Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
    • 13-07-2021, 16:36
    • 548

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.