Azərbaycanda daha 576 nəfər KORONAVİRUSA YOLUXDU - 6 XƏSTƏ VƏFAT ETDİ
    • 12-03-2021, 16:39
    • 402

Azərbaycanda daha 576 nəfər KORONAVİRUSA YOLUXDU - 6 XƏSTƏ VƏFAT ETDİ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınıb, 217 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 461 nəfər müalicə olunaraq sağalıb, 3 268 nəfər vəfat edib, aktiv xəstə sayı 5 230 nəfərdir.