Gəncə şəhər sakinindən 2,4 kq marixuana götürüldü
    • 14-07-2021, 14:24
    • 345

Gəncə şəhər sakinindən 2,4 kq marixuana götürüldü

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini O.Nağızadə saxlanılıb.
News24.az-ın məlumatına görə, axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb. Araşdırmalarla onun İmişli RPŞ tərəfindən itkin düşmüş şəxs kimi axtarışda olması müəyyən edilmişdir.

Eləcə də, Nəqliyyatda Baş Plolis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini E.Bayramov Gəncə dəmir yolu stansiyasının ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2,4 kiloqram marixuana aşkar edilərək götürülüb.