-
- 15-07-2021, 12:24
- 645
200 nəfərlik toy edən restoran sahibi cərimələndi - Video
Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi 4 min manat cərimələnib.
DİN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, obyekt sahibi tərəfindən 107 nəfər “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilib. Lakin şadlıq evinə keçirilən baxış zamanı məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.
Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, 4 min manat məbləğində cərimələnib.