Süni meşə bağlarını bütün ölkələr yaradır - Zaur Əliyev
    • 15-07-2021, 18:56
    • 554

Süni meşə bağlarını bütün ölkələr yaradır - Zaur Əliyev

Süni meşə bağlarının salınması bütün ölkələrin təcrübəsində istifadə olunur və bu iqlim dəyişmələri üzrə Paris sazişinin ölkələr qarşısında qoyduğu öhdəliklərə uyğundur. Meşə bağlarının salınması Azərbaycan tərəfinin də Paris sazişinə verdiyi birbaşa töhfədir.

News24.az xəbər verir ki, bunu BMT nin İnkisaf Proqramının nümayəndəsi Zaur Əliyev “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.