“Əjdərbəy” məscidində bayram namazı qılındı - Fotolar
    • 20-07-2021, 11:04
    • 815

“Əjdərbəy” məscidində bayram namazı qılındı - Fotolar

Qurban bayramı ilə əlaqədar Bakıdakı "Əjdərbəy" məscidində bayram namazı qılınıb.

News24.az AzərTac-a istinadən xəbər verir ki, mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayevin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, iyulun 20-21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.