İlin ilk yarısında 6643 vətəndaşa müvafiq hüquqi izahlar verilib - Baş Prokurorluq
    • 22-07-2021, 14:47
    • 465

İlin ilk yarısında 6643 vətəndaşa müvafiq hüquqi izahlar verilib - Baş Prokurorluq

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu günün rəqəmi isə 6643-dür.

Belə ki, 2021-ci ilin I yarımili ərzində 6643 halda Baş Prokurorluğun “961” nömrəli “Çağrı Mərkəzi”nə müraciət etmiş vətəndaşlara müvafiq hüquqi izahlar verililib. 

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.