Vilayət Eyvazovdan yeni təyinat
    • 22-07-2021, 14:58
    • 576

Vilayət Eyvazovdan yeni təyinat

Yasamal Rayon Polis İdarəsində (RPİ) yeni təyinat olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Fariz İsmayılov Yasamal RPİ-nin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatadək Əlahiddə Çevik Polis Alayının Qərargah rəisinin döyüş təlimi üzrə müavini vəzifəsində çalışıb. /Unikal.org/