İntiharların qarşısını almaq üçün cağrı mərkəzləri yaradılmalıdır- TƏBİB
    • 23-07-2021, 10:29
    • 395

İntiharların qarşısını almaq üçün cağrı mərkəzləri yaradılmalıdır- TƏBİB

İntihar hallarının idarə olunması olduqca çətindir. Bəzən müharibədən qayıdan qəhrəman qazilərimiz psixoloji yardım almaqla bağlı məcburiyyətdən qaçırlar.

News24.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər Departamentinin Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı bildirib.

O qeyd edib ki, bu, könüllülük əsasında olmalıdır. Gələcəkdə intihar hallarının qarşısının alınması üçün çağrı mərkəzinin yaradılması zəruridir. Biz hazırda çağırı mərkəzinin yaradılması istiqamətində iş aparırıq.