Baş Prokurorluq vətəndaşları maraqlandıran sualları cavablandırdı - VİDEO
    • 23-07-2021, 11:37
    • 644

Baş Prokurorluq vətəndaşları maraqlandıran sualları cavablandırdı - VİDEO

Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.

News24.az xəbər verir ki, vətəndaş məmnunluğunun və aşkarlığın təmin olunması məqsədilə vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması işi davam etdirilir.

Təqdim olunan növbəti videoçarxda Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva "Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi neçədir?", "14 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə bilərmi?" suallarını cavablandırıb.

Videoçarxı izləməklə həmin sualların cavablarını öyrənmək mümkündür.