-
- 23-07-2021, 12:02
- 1 122
Şəhid pilot Rəşad Atakişiyevin xatirəsi anıldı - FOTO/VİDEO
Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində şəhid pilot Rəşad Atakişiyevin anım gününə həsr olunan tədbir keçirilib.
News24.az-ın məlumatına görə, təbdirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin əməkdaşları, polkovnik-leytenant Rəşad Atakişiyevin ailə üzvləri - həyat yoldaşı Könül Atakişiyeva, qayınatası professor Qabil Hüseynov, şəhidin iş yoldaşları və digər idarə - müəssisələrin nümayəndələri iştirak edib.
Anım tədbirində muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin "şəhid pilot Rəşad Atakişiyevin həyatı və hərbi fəaliyyəti" adlı məruzəsindən sonra şəhidin ailə üzvləri və iş yoldaşlarının xatirələri dinlənilib.
Rəşad Atakişiyevə həsr olunan sənədli film və sərgi nümayiş olunub.
Anım tədbirinin bədii hissəsində rejissor Günel Babayevanın çıxışı və Azərbaycan Dövlət Akademik Opera ve Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevanın ifasında polkovnik-leytenant Rəşad Atakişiyevə həsr olunan "Yolun düşsə bu yerlərə bir də gəl" adlı mahnı səsləndirilib.
"Necə bir qəhrəman bir pilotu itirdiyimizi indi anlayırıq".
Bu sözləri Rəşad Atakişiyevin qayınatası professor Qabil Hüseynov deyib.
Professor bildirib ki, Rəşad Atakişiyev mükəmməl insan idi: "O, hamının yerini bilirdi. Rəşadın həm də ailəsinə qarşı münasibəti diqqətimi çəkirdi. Çünki çox ailəcanlı idi. Rəşad maksimum çalışırdı ki, ailəsinə, övladlarına və onların tərbiyəsinə vaxt ayırsın. Bundan əlavə, o çox peşəkar pilot idi. Mən onu hər dəfə xatırlayanda, gözlərim yaşarır, özümü toplaya bilmirəm".