Xocavənddə yanğın baş verib- VİDEO
    • 24-07-2021, 14:34
    • 482

Xocavənddə yanğın baş verib- VİDEO

Xocavənd rayonunun Şahyeri kəndi yaxınlığında düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri yanğının söndürülməsi işlərinə cəlb olunub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın sıx meşəlik sahəyə keçməsinin qarşısı alınaraq söndürülüb.