Zaqatalada polis “patı”əməliyyatı keçirdi
    • 25-07-2021, 11:49
    • 436

Zaqatalada polis “patı”əməliyyatı keçirdi

Zaqatalada psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı üzərində metamfetamin (“patı”) daşımaqda şübhəli bilinən rayonun Əliabad qəsəbə sakini, əvvəllər də analoji cinayət əməlinə görə məhkumluq həyatı yaşayan Elgüc Ağaməmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.