Bu qadın “patı” satan yerdə saxlanıldı

Bu qadın “patı” satan yerdə saxlanıldı
HADİSƏ / Foto

22-07-2021, 12:09

Mətn ölçüsü

Qobustanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan qadın saxlanılıb.

DİN–in mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Türkanə Budaqova saxlanılıb. Şəxsi axtarış zamanı ondan 100 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə- metamfetamin aşkarlanıb. Maddi sübutlar qablaşdırılaraq götürülüb və ekspertizaya təqdim olunub.

Faktla bağlı Qobustan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.