Göyçayda toy sahibi cərimələndi
    • 25-07-2021, 13:00
    • 574

Göyçayda toy sahibi cərimələndi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı rayonun Ləkiçılpaq kəndində Mətləb Səlimova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman müəyyən edilən say həddindən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı Mətləb Səlimov inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.