Şamaxıda toy edənlər məsuliyyətə cəlb edildi
    • 12-04-2021, 11:55
    • 446

Şamaxıda toy edənlər məsuliyyətə cəlb edildi

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb.

Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.