Xızı sakini "patı" ilə tutuldu
    • 28-07-2021, 10:22
    • 416

Xızı sakini "patı" ilə tutuldu

Xızı sakinindən narkotik vasitə götürülüb.

Bu barədə News24.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib.

Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.