Ağdaş sakinindən “patı” və tramadol götürüldü
    • 28-07-2021, 10:36
    • 460

Ağdaş sakinindən “patı” və tramadol götürüldü

Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Murad Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin idarə etdiyi “Volkswagen” markalı avtomobilə də baxış keçirilib.

Nəqliyyat vasitəsindən güclü təsiredici xüsusiyyətə malik 50 ədəd tramadol həbləri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.