Sutka ərzində ölkədə 94 yanğın hadisəsi baş verib
    • 28-07-2021, 11:35
    • 312

Sutka ərzində ölkədə 94 yanğın hadisəsi baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 94 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.


Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib. Yanğınlar zamanı 21 nəfər təxliyə olunub.