Ötən gün Azərbaycanda 27 yanğın olub
    • 17-03-2021, 13:34
    • 489

Ötən gün Azərbaycanda 27 yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb.