Mətanət Əsədova həbs olundu? - AÇIQLAMA
    • 28-07-2021, 12:49
    • 1 394

Mətanət Əsədova həbs olundu? - AÇIQLAMA

Bu gün yerli mediada müğənni Mətanət Əsədova haqda xəbərlər yayılıb. Deyilənlərə görə, ifaçı insan alverinə görə həbs olunub. Bunun doğru olub-olmadığını öyrənmək üçün müğənni ilə əlaqə saxladıq.

News24.az-a açıqlama verən Mətanət Əsədova bildirib ki, yayılan söhbətlər şayiədir: "Mən bilirəm bu şayiələri kim yayır. Onlar qanun qarşısında cavab verəcəklər. Məndən artıq əl çəksinlər. Bu yaxınlarda bir nəfər özünü qazi kimi təqdim edərək mənə zəng edib dedi ki, gəl rayonda pulsuz oxu. Yox deyəndə də səsimi yazıb yayırlar. Mən xəstəyəm, hazırda belə şeylərlə məşğul olmaq istəmirəm. Allah onların bəlasını versin".