Qaqlidən xalqa qarşı tərbiyəsizlik
    • 10-11-2018, 15:48
    • 2 925

Qaqlidən xalqa qarşı tərbiyəsizlik

Videoblogger Əlixan Rəcəbov ondan qat-qat populyar olan Moskva sakini azərbaycanlı videoblogger Hüseyin Həsənovu və fanatlarını təhqir edib.  

Qeyri-ciddi ləqəblə (Qaqli) Azərbaycan tamaşaçısına tanınan Rəcəbov ona "paxıllıqdan belə deyirsən" deyənlər qarşısında özünə haqq qazandıraraq, həmkarını çoban, fanatlarını sürü adlandırıb. 
Tanınmış simanın insanlar haqda belə bir çirkin, ədəbsiz çıxışı heç də xoş hal deyil. Əgər Əlixan tərbiyəsizlik edərək, görüşə gedənlərə sürü, Hüseynə də çoban deyibsə, onda özü nədir? Bu halda adamın ağlına yalnız bir fikir gəlir - kənardan çobanı və sürüsünü həsəd, acgözlük və hikkə ilə seyr edən ac qurddur Əlixan - eynən şəklindəki kimi...

P.S. İnciməyin Əlixan, bizim də sizə paxıllığımız tutmur. Amma qeyri-ciddilik edib, cəsarətlə insanları, üstəlik də həmvətənlərinizi təhqir edirsizsə, öz ünvanınıza söylənənlərə də göz yumacaqsız... 

News24.Az