-
- 29-07-2021, 14:42
- 645
"Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk" - Peskov
"Azərbaycan müstəqil dövlətdir və Rusiya bu ölkə ilə münasibətləri dəyərləndirir".
News24.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Azərbaycanın Gürcüstanda keçirilən NATO təlimlərində iştirakına münasibət bildirərkən deyib: "Biz Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk, bu əlaqələri daha da inkişaf etdirmək üçün ortaq siyasi iradə var".
Qeyd edək ki, NATO -nun Gürcüstanda keçirilən təlimində 15 NATO ölkəsindən və tərəfdaşlardan təxminən 2500 əsgər iştirak edir. Təlim NATO ilə Rusiya arasında gərginliyin artması fonunda keçirilir.