İmtahan suallarının çətinliyindən şikayətlənən abituriyentlərə DİM-dən REAKSİYA
    • 29-07-2021, 15:52
    • 736

İmtahan suallarının çətinliyindən şikayətlənən abituriyentlərə DİM-dən REAKSİYA

DİM tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, iyulun 28-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib. İmtahanlardan sonra abituriyentlər etiraz etməyə başlayıb. Onlar hesab edirlər ki, imtahan suallarının çox hissəsi tədris proqramına uyğun olmayan, çətin formada tərtib edilib.

Məsələni aydınlaşdırmaq üçün Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. 

O, News24.az-a açıqlamasında bildirib ki, burada tələb olunan əsas məsələ imtahan iştirakçılarını öz bilik və bacarıqlarına görə bir-birindən ayırmaqdır:

“Buna görə də imtahanda həm asan, həm orta, həm də çətin tipli tapşırıqlardan istifadə edilir. Bu, qəbul imtahanlarında dəyişməz qaydadır. Tapşırıqların hamısı qəbul proqramına və məktəb dərsliklərinə əsasən hazırlanıb. Ümumi nəticələr onu göstərir ki, sualların səviyyəsi iştirakçıların hazırlıq səviyyəsinə uyğundur”.