"28 qız, 26 oğlan uşağı övladlığa verilib" - Sosial Xidmətlər Agentliyi
    • 29-07-2021, 16:00
    • 477

"28 qız, 26 oğlan uşağı övladlığa verilib" - Sosial Xidmətlər Agentliyi

Bu ilin ilk 6 ayı ərzində övladlığagötürmə ilə bağlı 182 müraciət olub ki, bunun da 58-i müəssisədən övladlığagötürmə ilə bağlıdır.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov mətbuat konfransında deyib.

V.Behbudov bildirib ki, həmin müddətdə 28-i qız, 26-sı oğlan olmaqla ümumilikdə 54 uşaq övladlığa verilib: “31 uşaq isə müəssisəmizdən ailələrinə qaytarılıb”.