Yerevanda valyutadəyişmə məntəqəsinə qumbaralı hücum
    • 29-07-2021, 16:34
    • 591

Yerevanda valyutadəyişmə məntəqəsinə qumbaralı hücum

Yerevanın mərkəzində kredit təşkilatına və valyutadəyişmə məntəqəsinə hücum olub.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, tibbi maska taxan naməlum şəxs Amiryan küçəsində yerləşən ofisə daxil olub və əlindəki qumbara ilə hədələyərək işçilərdən pul tələb edib.

Külli miqdarda pul alan cinayətkar hadisə yerindən qaçıb.

Oğruya aid maska və əl qumbarası eyni küçədə yerləşən həyətlərdən birində tapılıb.

Faktla bağlı araşdırma aparılır.