Eldəniz Səlimovla bağlı 53 deputat müraciət etdi
    • 31-07-2021, 14:34
    • 545

Eldəniz Səlimovla bağlı 53 deputat müraciət etdi


Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib.

Bu barədə News24.az Milli Məclisdən məlumat verilib.

S.Qafarova deputatların tələbini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın gündəliyinə Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ daxil edilib.