"Qarabağ" ispan futbolçunu heyətinə qatıb
    • 2-08-2021, 11:19
    • 309

"Qarabağ" ispan futbolçunu heyətinə qatıb

"Qarabağ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

News24.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq İspaniyanın "Kadis" klubunun formasını geyinmiş Qasper Panadero Zamora ilə anlaşıb.

24 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Qasper Panadero 2020 İspaniya klubunda çıxış edir. "Kadis" ötən mövsümün sonunda La Liqaya vəsiqə qazanıb.