-
- 2-08-2021, 16:35
- 443
Qarabağda erməni hərbçi özünü partladaraq intihar etdi
Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində Ermənistan ordusunun 23 yaşlı hərbçisi Parqev Markaryanın üstündəki qumbara ilə özünü partladaraq intihar edib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Parqev Markaryanın meyiti dislokasiya yerindən 1,5 km aralıda sağ biləyi qopmuş, döş və qarın boşluğu yaralanmış halda tapılıb.
İstintaqın versiyasına görə, o, xəsarətləri qumbara partlaması nəticəsində alınıb.