Ruhi Əliyevadan Türkiyədəki yanğınlarla bağlı mübarizəyə dəstək - VİDEO
    • 3-08-2021, 12:11
    • 585

Ruhi Əliyevadan Türkiyədəki yanğınlarla bağlı mübarizəyə dəstək - VİDEO

Azərbaycanın tanınmış iş xanımı Ruhi Əliyeva qardaş ölkə Türkiyədə baş verən meşə yanğınlarına biganə qalmayıb.

News24.az xəbər verir ki, Türkiyəyə dəstək nümayiş etdirən R.Əliyeva 40 ədəd yanğınsöndürmə balonunun Bodrumdakı Umurca parkına çatdırılmasını təmin edib. Ruhi Əliyeva hər kəsi bu çətin zamanda qardaş ölkəyə kömək etməyə səsləyib.

Qeyd edək ki, artıq bir neçə gündür ki, Türkiyənin bir çox bölgəsində meşə yanğınları tüğyan edir. Mövcud vəziyyətlə bağlı Azərbaycan Türkiyəyə Fövqəladə Hallar Nazirliyi əməkdaşlarından ibarət heyət və texnika göndərib.