Sahibə Qafarovadan Tahir Kərimliyə SƏRT SÖZLƏR:
    • 3-08-2021, 12:13
    • 532

Sahibə Qafarovadan Tahir Kərimliyə SƏRT SÖZLƏR: "Kabinetimdə danışarıq"

“Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatın nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

“Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - o vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova isə deputata sərt reaksiya verib. O bildirib ki, deputatın da, Milli Məclisin də yiyəsi Azərbaycan xalqıdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Sizi 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.