"Bu evlilikdən 1 manat da qazanmadım, amma..."
    • 4-08-2021, 11:31
    • 483

"Bu evlilikdən 1 manat da qazanmadım, amma..."

"Natavanla boşanmışıq. Münasibətimiz ancaq uşağa görədir, amma son günlərdə övladımı çox az görürəm. Aramızdaki problemi danışmaq kişiliyə yaraşmaz. Həyat belə gətirdi. Buna artıq problem kimi baxmıram".

News24.az xəbər verir ki, bu sözləri reper Dado "Abşeron maqazin" verilişində deyib. O, keçmiş həyat yoldaşı Natavan Həbibiylə münasibətləri haqda belə deyib: "Natavana kinim yoxdur. O xanım mənə pis bir şey eləməyib. Uzun müddət ayrıldığımızı gizlətdik. Bunu da uşağa görə elədik. İndi də özüm məcbur olub boşandığımızı etiraf elədim. Əslində, mənim evlənmək fikirim yox idi. Çünki bilirdim sonradan problemlər ortaya çıxacaq. Bir müddət sonra anladım ki, ikimizin həyat prinsipləri bir-birinə uyğun gəlmir. Çoxları bizim evliliyimizi reklam adlandırdı. Mən bu evlilikdən 1 manat da əldə etmədim, amma duetlərimiz ortalığa çıxsa idi, indi maddi imkanım daha yaxşı olardı, maşınımı, evimi dəyişərdim. Amma bunu eləmədim. Başlarda hər şey çox gözəl idi. Düşünürdüm ki, bizi heç kim ayıra bilməz, amma belə oldu. Uşağıma ayrılığımızı hiss elətdirməyəcəm, amma Natavana sevgim qalmayıb. Ona geri qayıtmaq kimi bir fikirim də yoxdur".