Aslixan xarici reperlərə RƏQİB OLACAQ
    • 4-08-2021, 14:10
    • 888

Aslixan xarici reperlərə RƏQİB OLACAQ

"2021-ci ilin sonlarına yaxın qlobal proyetktlərlə dinləyicilərimi sevindirəcəm".

Bunu News24.az-a açıqlamasında məşhur reper Aslixan deyib.

O bildirib ki, gənc reperlər ilə ərsəyə gətirdiyi son “NewScool” albomundan sonra yeni albom ərsəyə gətirəcək: “Uzun müddətdir üzərində işlədiyi albom 2021-ci ilin sonlarına yaxın onlayn olacaq”. 

Aslixan Türkiyənin rep cəmiyyətində ad qazanmış məşhur qadın sənətçilərdən olan Ayşe Betül və gənc reper Offsweet ilə qardaş ölkə Türkiyə üçün qlobal proyekt üzərində işlədiklərini açıqlayıb.

Reper karantin vəziyyətinə görə işıq üzü görməyən “Euro” albomu haqqında da danışıb. Bildirib ki, sözügedən albom yaxın zamanlarda Avropa ölkələrində onlayn olacaq.