Bi-Bi-Si 2019-cu il üçün ən perspektivli gənc ifaçının adını açıqlayıb
    • 12-01-2019, 17:30
    • 653

Bi-Bi-Si 2019-cu il üçün ən perspektivli gənc ifaçının adını açıqlayıb

Uzun illər evsiz-eşiksiz, səfil həyat keçirən reper Oktavian Bi-Bi-Si-nin 2019-cu il üçün ənənəvi “Music's Sound” mükafatını qazanıb.

Bu mükafat hər yeni ilin əvvəlində dünyanın ən perspektivli gənc ifaçısına verilir.
Qalib musiqi tənqidçiləri və musiqi sənayesinin nüfuzlu nümayəndələri arasında keçirilən sorğu gedişində müəyyən olunub.
Reper 2017-ci ildə “Party Here” kompozisiyası ilə şöhrət qazanıb. Oktavian “Black Butter records” səsyazma studiyası ilə müqavilə imzalayıb.

//AZƏRTAC