-
- 12-11-2018, 17:16
- 1 140
Depressiyaya düşən aparıcı: "Qınamağa, təhqir etməyə o qədər hazırık ki,..." - VİDEO
Xəzər TV-də yayımlanan "X-Maqazin" proqramının "Səndən deyirlər" rubrikasında qonaq olan müğənni Nadir Qafarzadə və aparıcı Zümrüd Bədəlovanın dialoqu tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb.
Bundan yana, aparıcını tənqid-təhqir edənlər olub. Ünvanına söylənən xoşagəlməz fikirlərdən mütəəssir olan Bədəlova sosial şəbəkə hesabından münasibət bildirib: "Mən verilişimdə Nadirin dostlarının instagramda ona ünvanladıqları sualları verdim... Əvvəla, bu, bir şoudur və Nadirlə biz illərin səmimi münasibəti olan tanışlarıyıq. Siz mənə tənqid yazanda biz onunla gülərək, söhbət edirdik. Amma bir çox tamaşaçı məni qınadı... Çünki qarşımdakı qonağım "heç vaxt botoks, gel etdirməmişəm" deyir və hamı etdirdiyini bilir. Zarafatyana "qocalmısan" dedim, saytlar paylaşdı. Mənə yazılmayan söz qalmadı! Qəbul da edirəm. Amma vallah daha önəmli məsələlər var ölkəmizdə. Qınamağa, təhqir etməyə o qədər hazırıq ki,.. Bu gün TV bir şou məkanıdır. Çox sevindim ki, bu şounu izləyib, bu qədər ciddi qəbul etdiz... Bir insan düşünmədi ki, nə əcəb bu qız Nadirin ona dediklərini montaj etmədi?.. Məm komplekssizəm və bunun da dostumla şou olduğunu bilirəm"...
Sonda Bədəlova ona dost və düşmən olan xəbər portallarına təşəkkür və hörmətlərini ifadə edib...
News24.Az