XİN: “Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”
    • 8-08-2021, 15:53
    • 468

XİN: “Azərbaycan Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

“Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

News24.az-ın məlumatına görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin “Tvitter”dəki paylaşımında əksini tapıb. 
Qeyd edilib ki, Azərbaycan-Gürcüstan münasibətləri beynəlxalq hüququn əsas prinsiplərinə hörmətə və sadiqliyə əsaslanan strateji tərəfdaşlıqdan ibarətdir.