-
- 9-08-2021, 12:14
- 676
"Yanğınları törədənlərin özləri də belə atəşdə yansın!"- ERHAN UFAK
Xəbər verdiyimiz kimi, "Kurtlar Vadisi Pusu" serialında maraqlı fakt aşkarlanıb. Belə ki, 14 il öncə sözügedən serialda yanğınlardan bəhs olunub. Ekran işinin aktyorları Polat Alemdar (Necati Şaşmaz) və həmkarı Alper Özgenç (Tarkan Tüzmen) arasında olan dialoq zamanı onlar baş verən fəlakətlə bağlı müzakirələr aparıblar. Bu görüntülər sosial şəbəkədə yayılıb.
Serialın aktyorlarından olan Erhan Ufak bununla bağlı News24.az-a açıqlama verib: "Kurtlar Vadisi"ndə daima mesajlar ötürülürdü. Biz gündəmi izləyib, öncədən maraqlı faktları ortaya çıxarmağa çalışırdıq. Bu da, onlardan biridir. O ki, qaldı yanğınlara, yaşanan hadisələr həqiqətən də ürəyimizi çox yandırdı. Bu, olmamalıdır. Orda yanan heyvanlar, bitkilər də bir candır. Bu yanğınları törədənlərin özləri də belə atəşdə yansın! Türkiyəni sevən hər kəs yanğını söndürməyə, yardım etməyə çalışdı. Allah hər birindən razı olsun. Belə mövzularda birlik nümayış etdirmək lazımdır. Birlik olduğu yer Vətəndir".