Cəlilabadda “patı” satan 7 nəfər saxlanıldı
    • 9-08-2021, 12:06
    • 801

Cəlilabadda “patı” satan 7 nəfər saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri İ.Baxşəliyev, Ə.Hümbətov, Z.Baxşəliyev, S.Abdullayev, N.İbadov, A.Əliyev və M.Musayev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan News24.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə narkotik vasitə heroin və "patı", "şüşə" kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.