-
- 13-11-2018, 12:40
- 1 076
Ukraynada bir qrup erməni Qarabağa görə azərbaycanlını ölümcül döyüb
Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüb.
Hadisə kafedə müştərilər olan, Ermənistandan Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.
Azərbaycanlı müştəri kafedə astadan Qarabağ ilə bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən, içkili ermənilərin xoşuna gəlməyib.
Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T.Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb.
Qeyri - bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını ölümcül döyüblər. Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib. Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.
//Report.az